ABŞ-nin Alabama ştatında təbii qaz boru kəmərində yanğın baş verib.
E-huquq.az “ABC News”a istinadən xəbər verir ki, hadisə ştatın cənub-şərqində, Samter yaxınlığındakı kənd ərazisindən keçən “Southern Natural Gas” kəmərinin bir hissəsində qeydə alınıb. Hadisə yerinə cəlb olunan yanğınsöndürmə briqadaları alovu söndürüblər. Yanğın nəticəsində ölən və ya xəsarət alan olmayıb.
“Southern Natural Gas” şirkəti ərazidə təhlükəsizlik tədbirlərinin görüldüyünü və kəmərin həmin hissəsinin müvəqqəti dayandırıldığını açıqlayıb. İstehlakçıların təbii qaz təchizatında heç bir fasilə yaranmadığı bildirilib.
Hazırda yanğının başvermə səbəbləri araşdırılır.
Şəbnəm Mehdizadə
