Türkiyənin İstanbul şəhərində hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı əhaliyə xəbərdarlıq edilib.
E-huquq.az “TRT haber”ə istinadən xəbər verir ki, bu gün şəhərdə cənub-qərb küləyi güclənəcək və fırtına müşahidə olunacaq.
Küləyin sürətinin saatda 50-85 kilometrə çataraq fırtına xarakteri alacağı proqnozlaşdırılır.
Saat 15:00 radələrində şəhərin Avropa tərəfində yağışların başlayacağı gözlənilir. Yağıntıların saat 17:00-dan etibarən şiddətlənəcəyi və 23:00-a qədər davam edəcəyi bildirilir.
Əhaliyə fırtınalı havada diqqətli olmaq barədə xəbərdarlıq edilib.
Şəbnəm Mehdizadə
