Ukrayna Liviya sahilləri yaxınlığında Rusiyaya məxsus “MV Angara” quru yük gəmisinə və Rusiya Hərbi Dəniz Qüvvələrinin “Merkuriy” korvetinə zərbələr endirib.
E-huquq.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.
Zelenski sosial media hesabında bildirib ki, Ukrayna Təhlükəsizlik Xidməti və digər təhlükəsizlik qüvvələrinin həyata keçirdiyi əməliyyat nəticəsində “Merkuriy” korveti batırılıb, gəmidə olan “Ka-27” döyüş helikopteri isə məhv edilib.
Bundan əlavə, Ukrayna istehsalı olan yeddi pilotsuz suüstü aparatla Rusiyaya məxsus “MV Angara” yük gəmisinə də hücum təşkil olunub. Zelenski bu gəmidən silah daşınması məqsədilə istifadə edildiyini vurğulayıb və əməliyyatın görüntülərini paylaşıb.
Şəbnəm Mehdizadə
