Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu 2016-cı il iyulun 15-də ölkədə dövlət çevrilişinə cəhddən sonra terror təşkilatları ilə mübarizə barədə məlumat verib.
E-huquq.az xəbər verir ki, nazir ötən dövr ərzində terror təşkilatlarına qarşı 324 min 243 əməliyyatın icra olunduğunu deyib.
O bildirib ki, son üç il ərzində terror təşkilatlarına üzv olan 69 min 496 nəfər saxlanılıb, 5 min 778 terrorçu məhv edilib.
S.Soylu bu istiqamətdə işlərin davam etdirildiyini söyləyib.
