Məzmuna keç

AMEA-nın vəzifəli şəxsi barəsində məhkəməyə müraciət edildi

Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşının barəsində məhkəməyə xüsusi ittiham qaydasında müraciət edilib.

E-huquq.az-ın məlumatına görə, AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının aparıcı elmi işçisi, fəlsəfə doktoru Ədalət Ətayi Cinayət Məcəlləsinin 147.2-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə ittiham edilir.

İşə baxılması üçün Şamaxı rayon Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Etibar Hümbətovun icratına verilib.

Yaxın vaxtlarda məhkəmənin hazırlıq iclası keçiriləcək.