Məzmuna keç

Azərbaycanda məhkəmə binasında yanğın baş verib

Gəncə şəhərində Nizami Rayon Məhkəməsinin binasında yanğın baş verib.

Bu barədə e-huquq.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Qeyd edilib ki, Gəncə şəhərinin Nizami rayonunda inzibati binada yanğın olması barədə “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Yanğının qarşısı alınıb.