Azərbaycan Respublikası Nazirlər Kabineti Konstitusiya Məhkəməsinə sorğu verib.
E-huquq.az xəbər verir ki, Nazirlər Kabineti məhkəmədən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 71, 81 və 82-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsini istəyib.
Sorğuya fevralın 21-də Konstitusiya Məhkəməsinin Plenumunda baxılacaq.
Qeyd edək ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 71-ci maddəsi ləğvetmə prosesini, 81-ci maddəsi girovla təmin edilmiş tələbləri, 82-ci maddəsi isə ödənişlərin növbəliyini nəzərdə tutur.
Xəyalə Bünyatova
