Məzmuna keç

Fuad Ələsgərov: “Məhkəmə-hüquq sahəsində islahatların dərinləşməsi Prezident İlham Əliyevin siyasətinin prioritetlərindəndir”

"Məhkəmə-hüquq sahəsində islahatların dərinləşməsi Prezident İlham Əliyevin siyasətinin prioritetlərindəndir"

"Məhkəmə-hüquq sahəsində islahatların dərinləşməsi, o cümlədən vəkillik təsisatının möhkəmləndirilməsi Prezident İlham Əliyevin siyasətinin prioritetlərindəndir"

E-huquq.az-ın məlumatına görə, bunu Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev Azərbaycanda vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında 2018-ci ilin fevral ayında imzaladığı sərəncam qeyd edilən sahədə vacib addımların bariz nümunəsidir: "Sərəncamda ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və nüfuzlu vəkillik təsisatının əhəmiyyəti xüsusi qeyd olunub. Həmin sənəddə bu təsisatın təkmilləşdirilməsi məqsədilə nəzərdə tutulmuş tədbirlərin əsas istiqamətləri ölkənin regionlarında sahə vəkillik qurumlarının fəaliyyətinin genişləndirilməsi, Vəkillər Kollegiyasının maddi-texniki təminatının daha da yaxşılaşdırılması, habelə aztəminatlı şəxslər üçün hüquqi xidmətlərin əlçatanlığının artırılmasıdır. Sərəncama əsasən aztəminatlı şəxslərə pulsuz hüquqi yardımın göstərilməsilə bağlı vəkillərə dövlət tərəfindən ödənilən məbləğ 3 dəfə artırılıb. Eyni zamanda sərəncamda Vəkilllər Kollegiyasına bir sıra tövsiyyələr verilib, xüsusilə gənc hüquqşünasların vəkilliyə cəlb edilməsi yolu ilə ölkədə vəkillərin sayının artırılması tövsiyə olunub. Kollegiya rəhbərliyinin bu istiqamətdə məqsədyönlü fəaliyyəti nəticəsində ölkədə vəkillərin sayı demək olar ki, iki dəfə artıb və bu proses davam edir".