Hüquqi şəxs müvafiq lisenziya almaqla əczaçılıq fəaliyyəti ilə məşğul olduğu təqdirdə sadələşdirilmiş verginin ödəyicisi ola bilərmi?
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən e-huquq.az-a bildirilib ki, Vergi Məcəlləsinə əsasən bina tikintisi fəaliyyətilə məşğul olan şəxslər istisna olunmaqla, lisenziya tələb edən fəaliyyət növü ilə məşğul olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməzlər. Odur ki, əczaçılıq fəaliyyəti lisenziya tələb etdiyindən hüquqi şəxs mənfəət vergisinin ödəyicisi kimi fəaliyyət göstərməlidir.
