SOCAR “Azəriqaz” İstehsalat Birliyinin növbəti “Açıq mikrofon” aksiyası Bərdə rayonunda baş tutub.
E-huquq.az xəbər verir ki, aksiyaya üz tutan sakinlər qaz təsərrüfatı ilə bağlı üzləşdikləri çətinliklərdən söz açıblar.
Daxil olan müraciətlər sırasında qapı keçidinin quraşdırılması, sonradan ödənişli qaz sayğacının əvvəlcədən ödənişli qaz sayğacı ilə əvəz olunması və qaz xəttinə qoşulma nöqtəsinin göstərilməsi barədə müraciətlər yer alıb.
Ünvanlanan hər bir sual Birliyin Tərtər Regional qaz istismarı İdarəsinin məsul şəxsləri tərəfindən cavablandırılıb, vətəndaşlara ətraflı məlumat verilib.
