Məzmuna keç

Mikayıl Cabbarov: “Sahibkarlara 67,9 milyon manat kreditlər üzrə faiz subsidiyası verilib”

Bu il dekabrın 1-nə mövcud kreditlər üzrə faizlərin subsidiyalaşdırılması üçün sahibkarlara 67,9 milyon manat ödənilib.

E-huquq.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" səhifəsində yazıb.

Nazir bildirib ki, bu tarixə mövcud kreditlər üzrə faizlərin subsidiyalaşdırılması çərçivəsində Sahibkarlığın İnkişafı Fonduna 6 333 müraciət daxil olub. Bunlardan 5 047-si üzrə subsidiyanın verilməsi barədə müsbət qərar qəbul edilib.

“Təsdiqlənmiş subsidiyanın məbləği 71,4 milyon manat təşkil edir və bunun da 67,9 milyon manatı sahibkarlara ödənilib”, – M.Cabbarov qeyd edib.