Məzmuna keç

Azərbaycanda ən çox əlillik təyin olunan xəstəliklər açıqlandı

Azərbaycanda ən çox əlillik təyin olunan xəstəliklər açıqlanıb.

E-huquq.az xəbər verir ki, bu barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə heyətinin sədri Anar Bayramov bu gün ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, sözügedən xəstəliklər ardıcıllıqla psixi və davranış pozğunluğu, sinir, onkoloji, göz və qan dövranı xəstəlikləridir.

"Bütün təyin olunan əlilliyin 60 faizi bu xəstəliklərin payına düşür", – deyə Agentlik sədri qeyd edib.