"2022-ci il ərzində “Azəriqaz” İstehsalat Birliyinə ümumilikdə 1 milyon 64 min 72 müraciət daxil olub".
E-huquq.az xəbər verir ki, bu barədə Birliyinin 104 Qəza-çağrı xidməti şöbəsinin rəisi Xalidə Şimşək “Açıq qapı” aksiyası zamanı məlumat verib.
O bildirib ki, bu, ötənilki göstəricilərlə müqayisədə 91 402 müraciət azdır.
Şöbə rəsinin sözlərinə görə, müraciətlərin 790 min 832-i Bakının payına düşür. Bu da 2021-ci illə müqayisədə 94 min 24 müraciət azdır: "Abşerondan 137 min 574 müraciət daxil olub ki, bu da 2021-ci ilin göstəricisi ilə müqayisədə 3 221 müraciət azdır".
X.Şimşək qeyd edib ki, bu il 66 min 608 müraciət qaz təzyiqinin aşağı olması ilə bağlı olub. Bu da ötən illə müqayisədə 71 569 müraciət azdır.
"Ümumi müraciətlərin 6,39 %-i qaz təzyiqi ilə bağlı olub. Bu il qazın olmaması ilə bağlı müraciətlərin sayı 50 555 olub ki, bu da keçən illə müqayisədə 21 min 145 müraciət azdır. Bu da ümumi daxil olan müraciətlərin 4,75 %-ini təşkil edib. Qazın olmaması ilə bağlı daxil olan müraciətlərin əksəriyyəti isə aparılan təmir işləri zamanı olub ki, bununla da bağlı vətəndaşlara müvafiq izahatlar verilib. Qazın olmaması ilə bağlı müraciət edən abonentlərin 1 %-i özlərinin qaz xətlərində problemlərlə bağlı olub. 2022-ci ildə qaz sızmaları ilə bağlı 59 min 724 müraciət daxil olub ki, bu da keçən illə müqayisədə 4 min 740 müraciət azdır. Bu, ötən il edilən ümumi müraciətlərin 5,6 %-ini təşkil edib”, – deyə o bildirib.
