“Aztikintiyol” MMC-nin işçilərinin əmək hüquqlarının pozulması ilə bağlı sosial şəbəkələrdə video yayımlanıb.
Bu barədə e-huquq.az-a Dövlət Əmək Müfəttişliyi Xidmətinin mətbuat katibi Aynur Osmanqızı məlumat verib.
Onun sözlərinə görə, aparılan araşdırmanın nəticəsini uyğun olaraq 2022-ci ilin dekabr ayında MMC rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib.
"Xidmət tərəfindən əmək haqlarının ödənilməsi üçün müvafiq göstəriş verilib", – deyə A.Osmanqızı qeyd edib.
Xəyalə Bünyatova
