Məzmuna keç

Litva Prezidentindən 20 Yanvar faciəsi ilə bağlı paylaşım

Litva Prezidenti Gitanas Nauseda 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib.

E-huquq.az xəbər verir ki, o, bununla bağlı tviter hesabında qeyd edib.

“Qara Yanvar faciəsi – Sovet qoşunlarının hücumu nəticəsində Azərbaycan xalqının amansız qətliamını hörmətlə anırıq. 33 ildən sonra təcavüzkarlar Ukraynada eyni vəhşiliyi törədir. Onlar o zaman uğur qazana bilmədilərsə, indi bunu heç bacarmayacaqlar”, – deyə Nauseda bildirib.