Məzmuna keç

Toyda mahnı sifarişinə görə adam bıçaqlayan şəxs hakim qarşısına çıxarılır

Qazaxda toyda mübahisə etdiyi şəxsi bıçaqlamaqda ittiham olunan Əli Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Roman əkbərlinin icraatına verilib. Məhkəmənin hazırlıq iclası iyunun 8-də keçiriləcək.

Qeyd edək ki, hadisə Qazax şəhərinin Azadlıq küçəsində keçirilən toy məclisində qeydə alınıb. Belə ki, 25 yaşlı Elmar Rəfiyev və 20 yaşlı Əli Məmmədov arasında mahnı sifarişi üstündə mübahisə yaranıb. Mübahisə getdikcə böyüyüb və nəticədə Ə.Məmmədov E.Rəfiyevi qarnından bıçaqlayıb. Ə.Məmmədov istintaqa cəlb olunub, ona qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə