Məzmuna keç

Sabah çimərliklərdə hava neçə dərəcə olacaq? –

İyulun 19-da Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

E-huquq.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, cənub küləyi əsəcək.

Dəniz suyunun temperaturu Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24° isti, Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti olacaq.