Sumqayıt Dövlət Universitetinin mebel avadanlıqlarının satın alınması məqsədilə keçirdiyi tender yekunlaşıb.
E-huquq.az-ın məlumatına görə, “Embawood” MMC tenderin qalibi seçilib.
Müqaviləyə əsasən, şirkətə 155.493,32 AZN ödəniləcək.
Şəbnəm Mehdizadə
