Məzmuna keç

Sərnişin avtobusu qəzaya düşdü: 1 ölü, 14 yaralı

Türkiyənin Şırnak vilayətinin Uludere rayonunda sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində 1 nəfər ölüb, 14 nəfər yaralanıb.

E-huquq.az Türkiyə mediasına istinadən xəbər verir ki, Antalyadan Hakkari istiqamətinə hərəkət edən sərnişin avtobusu qarşı tərəfdən gələn yük maşını ilə toqquşub. Zərbənin təsirindən idarəetmədən çıxan avtobus evlərdən birinin hasarına çırpılaraq dayanıb.

Əraziyə təcili tibbi yardım, jandarm, yanğınsöndürmə və Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) əməkdaşları cəlb edilib.

Qəza nəticəsində yaralanan 15 nəfərə hadisə yerində ilkin tibbi yardım göstərildikdən xəstəxanaya aparılıblar.

Ağır yaralanan avtobus sürücüsü xəstəxanada həkimlərin bütün səylərinə baxmayaraq həyatını itirib. Digər 14 yaralının müalicəsi davam edir.

Qəzanın səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırmalara başlanılıb.

Şəbnəm Mehdizadə