Noyabrın 13-də saat 19:06-da Türkiyə-İran sərhədində maqnitudası 5 olan zəlzələ qeydə alınıb.
Bu barədə e-huquq.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Zəlzələ Naxçıvan Muxtar Respublikasında 3 bala qədər hiss olunub.
***
19.05
Naxçıvanda zəlzələ olub.
E-huquq.az xəbər verir ki, yerli vaxtla saat 18:58-da Naxçıvanda zəlzələ qeydə alınıb.
Zəlzələ 3 bala qədər hiss olunub.
