Bakıda tanınmış alim, professor Arif Acaloğlu yol qəzasında həlak olub.
E-huquq.az xəbər verir ki, o, xəstəxanaya yerləşdirilsə də, orada ölüb.
Məlumata görə, qəzanı törədən şəxs Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov olub.
Yol qəzası faktına görə, Cinayət Məcəlləsinin 263.2-ci ( yol istismar qaydalarını pozma, zərərçəkmişin ölümü ilə nəticələndikdə) maddəsi ilə cinayət işi açılıb. Eskpertizalar təyin edilib.
Qeyd edək ki, türkoloq alimin, İstanbul Mərmərə Universitetinin müəllimi Arif Acaloğlunun Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) dəvəti ilə konfransda iştirak üçün Bakıya gəldiyi bildirilir.
