Məzmuna keç

Gəncədə avtomobil yandı

Gəncədə yanğın hadisəsi baş verib.

E-huquq.az xəbər verir ki, hadisə şəhərin Tağı Arani küçəsində qeydə alınıb.

Belə ki BMW markalı minik maşını hərəkətdə olan zaman anidən yanmağa başlayıb.

Dərhal hadisə yerinə FHN-in Gəncə Şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Avtomobil yanğınsöndürənlər tərəfindən söndürülüb, minik maşınının qalan hissəsi yanğından mühafizə edilib.

Hadisənin başvermə səbəbləri araşdırılır.