Məzmuna keç

“Akkord Sənaye Tikinti Korporasiyası”na cərimə yazıldı

"Akkord Sənaye Tikinti Korporasiyası" ASC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə inzibati protokol tərtib edilib.

Protokol Nərimanov Rayon Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə araşdırılacaq.

Protokol təsdiq olunarsa, "Akkord Sənaye Tikinti Korporasiyası" inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə