Yevlaxda həyat yoldaşını öldürməkdə təqsirləndirilən Mehman Zamanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az xəbər verir ki, toplanan cinayət işi materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Bilal Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, 1960-cı il təvəllüdlü Mehman Zamanov aralarında yaranmış mübahisə zamanı arvadı, 1963-cü il təvəllüdlü Zinyət Zamanovaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməkdə təqsirləndirilir. O, daha sonra isə tüfənglə atəş açaraq özünə xəsarət yetirməyə çalışıb. M.Zamanova qarşı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
