Ucarda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Abdul Əhədovun cinayət işi üzrə ibtidai istintaq baş çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Ucar Rayon Məhkəməsinə göndərilib.
Hakim Xəyal Bədəlovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazılrıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə ötən ilin avqustunda Ucar-Zərdab yolunun Ucar rayonunun Qazyan kəndindən keçən hissəsində baş verib. Belə ki, Abdul Əhədovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil ilə atası Tahir Əhədov idarə etdiyi "VAZ-2107" markalı maşını ilə toqquşub. Nəticədə T.Əhədov aldığı bədən xəsarətlərindən Ucar Rayon Mərkəzi Xəstəxanasında ölüb, oğlu isə yaranıb. A.Əhədova qarşı Cinayət Məcəlləsinin 263.2- ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
