Məzmuna keç

Şəmkirdə ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Şəmkirdə ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Valeh Mustafayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilib.

İş hakim Rəşad Mustafayevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə 2023-cü ilin aprel ayında Bakı-Qazax yolunun Şəmkir rayonu, Könüllü kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Vaqif Qəhrəmanovun idarə etdiyi "QAZ-2410" markalı avtomobillə Valeh Mustafayevin idarə etdiyi "Mercedes-Benz" markalı avtomobil toqquşub. "Mercedes-Benz" markalı avtomobildə olan sərnişin Validə Məmmədova ağır xəsarət alaraq xəstənaya yerləşdirilib, lakin onun həyatını xilas etmək mümükün olmayıb. V.Məmmədova qəzadan 9 gün sonra xəstəxanada vəfat edib. Sürücü Valeh Mustafayevə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə