Məzmuna keç

Ucuz aviabilet və tur paketlər təşkil edəcəyi adı altında vətəndaşları aldadan şəxsin istintaqı başa çatıb

Xarici ölkələrə aşağı qiymətə aviabilet və tur paketlər təşkil edəcəyi adı altında vətəndaşları aldatmaqda təqsirləndirilən Mələk Zeynalovanın cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Aytən Əliyevanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Mələk Zeynalova “WhatsApp" ani mesajlaşma proqramında xüsusi qrup yaradıb və orada özünü aviaşirkətlərdən birinin əməkdaşı kimi təqdim edib. Daha sonra o, vətəndaşları xarici ölkələrə aviabilet və aviaturlar təşkil edəcəyi adı ilə aldadıb zərərçəkənlərin külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirib. Mələk Zeynalova zərərçəkən şəxslərə ümumilikdə 300 min manat məbləğində maddi vurub. Ona qarşı Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə ittiham irəli sürülüb. İş üzrə 56 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Şəbnəm Mehdizadə