- 12:57
ABŞ-ın Vaşinqton şəhərində yaşayan Anna Li Dozier altı il əvvəl bir antik əşya mağazasından aldığı vazanın əslində 2 min illik Maya sivilizasiyasına aid nadir bir tarixi əsər olduğunu illər sonra təsadüfən öyrənib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Dozier, Maryland ştatında yerləşən ikinci əl mağazadan cəmi 3,99 dollara aldığı bu vazanı illərlə evində dekorativ əşya kimi saxlayıb. Lakin illər sonra Meksikaya etdiyi bir işgüzar səfər zamanı gerçək tamamilə başqa çıxıb.
Meksika Milli Antropologiya Muzeyini ziyarət edən Dozier, sərgidəki Maya dövrünə aid eksponatlar arasında evindəki vazanın demək olar ki, eynisini gördükdə heyrətə gəlib. Şübhələrini aradan qaldırmaq üçün Meksikanın ABŞ-dakı səfirliyinə müraciət edən qadın vazanın şəkillərini və ölçülərini mütəxəssislərlə paylaşıb.
Antropoloqların apardığı təhlillər nəticəsində müəyyən olunub ki, bu əşya təxminən 2 min il əvvələ, qədim Maya dövrünə aid mərasim küpüdür.
Vazanın evdə saxlanmasının riskli ola biləcəyini düşünən və üç uşağının təhlükəsizliyindən narahat olan Dozier, əsəri təhvil verməyi qərara alıb. Nəticədə küp Meksikaya təhvil verilib və hazırda muzeydə sərgilənir.
Meksikalı rəsmilər Anna Li Dozierin bu məsuliyyətli və etibarlı davranışını yüksək qiymətləndiriblər. Lakin bu qədim Maya əsərinin necə olub ki, bir ikinci əl dükanına qədər gəlib çıxması hələ də qaranlıq qalır.
Şəbnəm Mehdizadə