Ramzan Kadırova yeni cinayət işi açıldı


  • 1 Sentyabr 18:44

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Çeçenistan rəhbəri Ramzan Kadırova qarşı cinayət işi açıb.

E-huquq.az xəbər verir ki, bu barədə UTX-nin Telegram kanalında məlumat yayılıb.

UTX Kadırovu ağır hərbi cinayətlərdə ittiham edir: "Ramzan Kadırov müharibə zamanı beynəlxalq konvensiyaları kobud şəkildə pozub".

Bu, Ukraynanın Kadırova qarşı irəli sürdüyü ilk cinayət işi deyil. 2022-ci ildə Ukrayna Təhlükəsizlik Xidməti Çeçenistan rəhbərini müharibənin təşkilində ittiham etmişdi.

Oxşar xəbərlər