Çikaqoda 30-dan çox atışma baş verib, 7 nəfər ölüb


  • 09:37

ABŞ-nin Çikaqo şəhərində həftəsonu baş verən 32 atışmada 7 nəfər həlak olub.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, hadisələr Trampın şəhərdə federal təhlükəsizlik əməliyyatı planlaşdırdığına dair xəbərlərdən qısa müddət sonra baş verib.

Məlumata görə, cümə axşamından bazar günü gecə yarısına qədər şəhər boyu 32 ayrı atışma olub. Ən azı 54 nəfər güllələnib, 7 nəfər həlak olub. Yaralananlar arasında evdə oturarkən odlu silahla vurulan gənc qadın da var.

Polis qeydlərinə görə, ən diqqətəlayiq hadisələrdən biri şənbə gecəsi Bronzeville məhəlləsində olub. Avtomobildən açılan atəş nəticəsində beş kişi və iki qadın olmaqla 7 nəfər yaralanıb.

Qeyd edək ki, Donald Tramp xəbərdarlıq edib ki, yerli hakimiyyət cinayətləri nizamlamasa, Çikaqoda federal nəzarət tədbirlərinə müraciət edə bilər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər