- 17:56
Türkiyənin İzmir şəhərində 20 qanunsuz miqrant saxlanılıb.
E-huquq.az Türkiyə mətbuataına istinadən xəbər verir ki, bu barədə məlumat Sahil Mühafizə Komandanlığının internet saytında yer alır.
20 qeyri-qanuni miqrant yaxalanıb.
Məlumata görə, İzmirin Menderes sahillərində rezin qayıqda qeyri-qanuni miqrantların olması xəbəri alındıqdan sonra bölgəyə Komandanlığın əməkdaşları göndərilib.
Komandalar hərəkətdə olan rezin qayıqda ikisi uşaq olmaqla 19 qeyri-qanuni miqrantı yaxalayıb.
Çeşmə sahillərində isə üzərək Yunanıstana keçmək istəyən bir nəfər yaxalanıb.
Qeyri-qanuni miqrantlar Miqrasiya İdarəsinə göndərilib.
Şəbnəm Mehdizadə