- 17:56
Sudanın qərbindəki Marra dağları bölgəsində güclü torpaq sürüşməsi baş verib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, avqustun 31-də yağan güclü yağışdan sonra baş verən torpaq sürüşməsi kəndi dağıdıb.
Sudan Azadlıq Hərəkatı/Ordusu (SLM) ən azı 1000 nəfərin öldüyünü və yalnız bir nəfərin sağ qaldığını açıqlayıb.
“İlkin məlumatlara görə, bütün kənd sakinləri həyatını itirib, yalnız bir nəfər sağ qalıb” – deyə məlumatda qeyd olunub.
Hərəkat Birləşmiş Millətlər Təşkilatına və beynəlxalq yardım təşkilatlarına müraciət edərək, aralarında qadın və uşaqların da olduğu qurbanların qalıqlarının çıxarılmasını istəyib.
Şəbnəm Mehdizadə