- 17:56
Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları İjevsk şəhərində yeniyetmələr tərəfindən hazırlanan müdafiə-sənaye kompleksi obyektində terror aktının qarşısını alıb.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiyanın Krasnodar diyarı üzrə Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.
Məlumata görə, həmin şəxslər müdafiə sənayesi müəssisələrindən birinin girişində yüksək güclü əldəqayırma partlayıcı qurğu yerləşdirərkən saxlanılıblar.
İstintaqın məlumatına görə, 15, 16 və 17 yaşlı yeniyetmələrin 2025-ci ilin iyul ayında sürətli qazanc üçün “Telegram” messencerində Ukrayna xüsusi xidmət orqanlarının nümayəndəsi ilə əlaqə qurduqları ehtimal olunur. Onlara İjevskdə müdafiə-sənaye kompleksi obyektində terror aktı törətmək tapşırığı verilib.
Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi və 205-ci maddəsinin 2-ci hissəsi (terror aktına cəhd) üzrə cinayət işi başlanıb.
Humay Eminqızı