- 17:56
Bazar günü Əfqanıstanın Kunar əyalətində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1124 çatıb.
E-huquq.az xəbər verir ki, bu barədə Əfqanıstan Milli Fəlakətlərin İdarə Edilməsi Agentliyinin sözçüsü Yusuf Hammad məlumat verib.
Məlumata görə, yaralıların sayı 3251-ə çatıb.
Hammad yaralıların ərazidən çıxarılmasının davam etdiyini və bu səbəbdən ölən və yaralananların sayının dəyişə biləcəyini bildirib.
Dağlıq ərazi və əlverişsiz hava şəraiti səbəbindən xilasetmə işləri çətinləşib.
Zəlzələ nəticəsində yaranan torpaq sürüşməsi səbəbindən bəzi yollarda nəqliyyatın hərəkəti dayandırılıb.
Əfqanıstan hökumətinin beynəlxalq yardım çağırışından sonra bəzi ölkələr, o cümlədən Hindistan, İsveçrə, Çin və İngiltərə bölgəyə yardım göndərəcəklərini açıqlayıb.
Xatırladaq ki, Əfqanıstanın Pakistan sərhədi yaxınlığında, Cəlalabaddan 27 kilometr şimal-şərqdə, 8 kilometr dərinlikdə 6 bal gücündə zəlzələnin baş vermişdi.
Humay Eminqızı