- 17:56
Pakistanın Pəncab əyalətində iyunun 26-dan bəri davam edən daşqınlar səbəbindən 800-dən çox insan həyatını itirib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, ümumilikdə 2,4 milyondan çox insan daşqınlardan zərər görüb.
900 mindən çox insan təhlükəsiz ərazilərə təxliyə edilib. 60 mindən çox insan isə xilas edilib.
Rəsmilərin sözlərinə görə, Kamaliya bölgəsində 80-dən çox kənd su altında qalıb.
Səlahiyyətlilər əyalətin ən pis daşqınla mübarizə apardığı barədə xəbərdarlıq edərək, leysan yağışların davam edəcəyini qeyd ediblər.
Humay Eminqızı