Putin Avropa ölkələrini Ukraynaya enerji tədarükünü dayandırmağa çağırıb


  • 16:07

Rusiya Federasiyasının prezidenti Vladimir Putin Avropadakı dostlarını Ukraynaya yanacaq və elektrik enerjisi tədarükünü dayandırmağa çağırıb.

E-huquq.az UNİAN-a istuinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Çində Slovakiyanın baş naziri Robert Fitso ilə görüş zamanı Putin bildirib ki, Rusiya Ukraynanın energetika obyektlərinə xüsusilə də qış mövsümündə zərbələr endirməyib. Onun sözlərinə görə, Rusiya Ukraynanın Rusiya energetika obyektlərinə hücumlarına çox uzun müddət dözüb və bundan sonra cavab verməyə başlayıb.

“Biz cavab veririk, əlbəttə. Cavab olaraq Ukrayna tərəfi bizə zərər vurmağa çalışır, amma eyni zamanda bizim tərəfdaşlarımıza da zərər vurur”, - deyə Putin bildirib.

Prezident vurğulayıb ki, Ukrayna Şərqi Avropa qonşuları vasitəsilə əhəmiyyətli miqdarda enerji resursları alır: “Onlara gedən qaz tədarükünü dayandırın, elektrik enerjisi tədarükünü kəsin. Onda onlar dərhal anlayacaqlar ki, başqalarının maraqlarını pozmağın da müəyyən sərhədləri var.”

Putin iddia edib ki, Rusiyanın heç vaxt kiməsə hücum etmək arzusu olmayıb və olmayacaq.

Həmçinin Putin ABŞ prezidenti Donald Trampın administrasiyasını tərifləyib. O qeyd edib ki, Tramp administrasiyası Ukraynaya pulsuz yardım göstərməkdən imtina edib və Rusiyaya qarşı heç bir yeni sanksiya tətbiq etməyib. Putinin sözlərinə görə, Tramp dövründə ABŞ Rusiyanı eşitməyə başlayıb.

Humay Eminqızı

Oxşar xəbərlər