- 22:49
İsrail ordusunun Qəzzaya hücumları nəticəsində son 24 saatda 76 nəfər həyatını itirib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumatda son 24 saatda 281 nəfərin yaralandığı da bildirilib.
Qəzzada son 24 saat ərzində humanitar yardım gözləyənləri hədəf alan hücumlarda 12 fələstinlinin öldüyü, 90 fələstinlinin isə yaralandığı bildirilir.
İsrailin 7 oktyabr 2023-cü ildən Qəzza zolağına təşkil etdiyi hücumlarda ümumilikdə həyatını itirənlərin sayının 63 min 633 nəfərə, yaralı sayı isə 160 min 914 nəfərə yüksəlib.
Humay Eminqızı