Məzmuna keç

İzmirdə təlim təyyarəsi qəzaya uğrayıb, pilot ölüb

Türkiyənin İzmir şəhərində təlim təyyarəsi qəzaya uğrayıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Səlcuq Efes hava limanından tələbə pilotla təlim keçmək üçün havaya qalxan təyyarə naməlum səbəblərdən İzmirin Torbalı rayonunun Kırbaş məhəlləsində qarğıdalı sahəsinə çırpılıb.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və təcili tibbi yardım briqadası göndərilib.

Ekipajlar pilotun öldüyünü müəyyən ediblər.

Şəbnəm Mehdizadə