- 00:41
Türkiyənin Ədirnə şəhərində 3 FETÖ üzvü yaxalanıb.
E-huquq.az Türkiyə mediasına istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələri FETÖ şübhəlilərini daşıyan avtomobilin Uzunköprüyə oradan da sərhəd bölgəsinə getdiyi barədə məlumat aldıqdan sonra araşdırmalara başlayıb.
Çöpköy qovşağında yol kənarında yoxlama aparan qruplar sözügedən avtomobili dayandırıb.
Avtomobildə olan şəxslər saxlanılıb.
Sürücü isə miqrant qaçaqmalçılığına görə cinayət məsuliyyətinə cəlb olunub.
Şəbnəm Mehdizadə