- 00:41
İsrailin hücumları və blokadası səbəbiylə aclığın yaşandığı Qəzza zolağında son 24 saatda 1-i uşaq olmaqla daha 6 fələstinli aclıqdan ölüb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, ümumilikdə 2023-cü il oktyabrın 7-dən Qəzzada aclıqdan ölənlərin sayı 367 nəfərə çatıb.
Onlardan 131-i uşaqdır.
Humay Eminqızı