- 00:41
İsrail ordusunun səhər saatlarından Qəzza zolağının müxtəlif bölgələrinə təşkil etdiyi hücumlarda 33 fələstinli həyatını itirib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, hücumlar, Sayadin limanı yaxınlığı, Rantisi xəstəxanası yaxınlığı, Derej, Nəsr, Şeyx Radvan, Zeytun və Sabra məhəllələri, Nusayrat Qaçqınlar Düşərgəsi, Sevaraha ərazisi kimi bölgələrini əhatə edib.
Eyni zamanda qaçqınların məskunlaşdığı ərazilər və çadırlar da İsrail ordusunun hədəfi olub.
Həyatını itirənlər arasında hamilə xanım və uşaqlar da olub.
Humay Eminqızı