- 00:41
İsrail ordusunun Qəzzaya hücumları nəticəsində son 24 saatda 113 nəfər həyatını itirib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumatda son 24 saatda 304 nəfərin yaralandığı da bildirilib.
Qəzzada son 24 saat ərzində humanitar yardım gözləyənləri hədəf alan hücumlarda 33 fələstinlinin öldüyü, 141 fələstinlinin isə yaralandığı bildirilir.
İsrailin 7 oktyabr 2023-cü ildən Qəzza zolağına təşkil etdiyi hücumlarda ümumilikdə həyatını itirənlərin sayının 63 min 746 nəfərə, yaralı sayı isə 161 min 245 nəfərə yüksəlib.
Humay Eminqızı