“WhatsApp"dan daha bir yenilik


  • 3 Sentyabr 16:19

“WhatsApp" istifadəçiləri üçün status yazılarını daha fərdiləşdirəcək.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, statusun 24 saat sonra yox olacağı yeni yeniləmə hazırlayır. “Instagram”ın “yaxın dostlar” seçiminə bənzər olaraq, istifadəçilər artıq statuslarını yalnız seçilmiş yaxın dostlar qrupu ilə paylaşa biləcəklər.

“WABetaInfo”nun məlumatına görə, bu xüsusiyyət “WhatsApp”ın ən son buraxılışında aşkar edilib.

Yaxın dostlarla paylaşılan statuslar Instagram kimi xüsusi rəngli halqa ilə qeyd olunacaq.

Siyahı tamamilə gizli olacaq, başqaları kimin əlavə edildiyini və ya silindiyini görə bilməyəcək.

Bu yenilik göstərir ki, istifadəçilər daha seçici və özəl paylaşıma üz tuturlar.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər