Türkiyədə 3000 illik təndir aşkar edilib


  • 3 Sentyabr 16:30

Türkiyənin Malatya şəhərində 3000 illik soba tapılıb.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, UNESKO-nun Ümumdünya Mədəni İrs Daimi Siyahısına daxil olan Arslantəpə kurqanında aparılan qazıntılar zamanı son Hetit dövrünə aid 3000 illik soba tapılıb.

Qazıntı qrupunun rəhbəri, professor Dr.Françeska Balossi Restelli builki işlərin avqust ayında başladığını və kurqanın şimal hissəsinə xüsusi diqqət yetirildiyini bildirib.

Restelli qazıntılar zamanı ət bişirmək üçün səthin altında təndirə bənzər soba kəşf etdiklərini bildirib.

"Biz Son Hetit binasının içərisində təndirə bənzər iki tikili tapdıq, lakin yerin altında yerləşdiyi üçün onların adi təndirlər olmadığını başa düşdük. İçəridə bişmiş gil ocaq dayaqları və çoxlu heyvan sümükləri tapdıq. Bu, bizə bu sobaların çörək deyil, yemək bişirmək üçün istifadə edildiyini göstərir" - deyə əlavə edib.

Restelli, sözügedən sobaların ət yeməkləri bişirmək üçün istifadə edildiyini açıqlayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər