Qanlı Ay tutulması 82 dəqiqə davam edəcək


  • 3 Sentyabr 16:36

7-8 sentyabr tarixlərində Qanlı Ay tutulması baş verəcək.

E-huquq.az xəbər verir ki, bu barədə NASA məlumat yayıb.

Məlumata görə, tam Ay tutulması təxminən beş saat yarım davam edəcək. Ayın tamamilə qırmızı olacağı "total" faza 1 saat 22 dəqiqə davam edəcək.

Bu, 2022-ci ildən bəri müşahidə edilən ən uzun tam Ay tutulması olacaq.

Təbiət hadisəsi Avstraliya, Asiya, Afrika və Avropadan görünəcək. Dünya əhalisinin əksəriyyəti, yəni 7 milyarddan çox insan tutulmanı görə biləcək, 6,2 milyard insan isə bütün mərhələləri əvvəldən axıra kimi izləmək imkanı əldə edəcək.

Ayın qızarması günəş işığının Yer atmosferindən keçməsi nəticəsində yaranır. Bu proses gün batımında səmanın qızarması ilə eyni fiziki mexanizmə əsaslanır.

Ay tutulmaları adətən günəş tutulmasından dərhal əvvəl və ya sonra baş verir. Qismən Günəş tutulması iki həftə sonra, 21 sentyabr 2025-ci ildə baş verəcək.

Bununla belə, bu tutulma yalnız Yeni Zelandiya, Antarktida, Sakit okean adaları və Avstraliyanın şərq sahilinin dar zolağından görünəcək.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər