- 22:04
Əfqanıstanda avqustun 31-də baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 1457 nəfərə çatıb.
E-huquq.az xəbər verir ki, bu barədə ölkə hökumətinin rəsmi nümayəndəsinin müavini Həmdulla Fitrət məlumat verib.
Məlumata görə, yaralıların sayı 3394-ə çatıb.
Təbii fəlakət nəticəsində 6782 ev dağılıb.
Dağıntılar altında qalan şəxslərin axtarış-xilasetmə işləri davam edir.
Humay Eminqızı