Pakistanda daşqınlar səbəbindən 300 minə yaxın insan təxliyə edilib


  • 3 Sentyabr 17:18

Pakistanın Pəncab əyalətində son 48 saatda güclü musson yağışlarının səbəb olduğu daşqınlar və bölgədəki çaylarda, bəndlərdə suyun səviyyəsinin artması səbəbindən 300 minə yaxın insan təxliyə edilib.

E-huquq.az xəbər verir ki, bu barədə Dövlət Fəlakətlərin İdarə Edilməsi İdarəsinin baş direktoru Arfan Ali Kathia məlumat verib.

Onun sözlərinə görə, əyalətin 33 min kəndində 3,3 milyondan çox insanın daşqınlardan zərər görüb.

Evlərini itirənlərə dövlət tərəfindən təzminat ödəniləcəyi bildirib.

Humay Eminqızı

Oxşar xəbərlər