Makron: Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin hazırlanması başa çatıb


  • 3 Sentyabr 23:26

Fransa Prezidenti Emmanuel Makron Kiyev üçün təhlükəsizlik zəmanətlərinin hazırlanmasının başa çatdığını bildirib.

E-huquq.az xəbər verir ki, Makron Parisdə Vladimir Zelenski ilə görüşdən əvvəl açıqlamasında hazırlıq işlərinin başa çatdığını bildirib.

Makron qeyd edib ki, Paris və Londonun təşəbbüsü ilə Kiyevə yardım göstərmək istəyənlər koalisiyasında 35 ölkə iştirak edir. Sentyabrın 4-də bu koalisiyanın onlayn konfransı keçiriləcək. Konfrans başa çatdıqdan sonra Avropa liderləri ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparmaq niyyətindədirlər.

Oxşar xəbərlər