Türkiyədə fabrik yanır, 3 yaralı var


  • 12:09

Türkiyənin Kayseri şəhərində keçə istehsalı ilə məşğul olan fabrikdə baş vermiş yanğın 6 saata yaxındır ki, davam edir.

E-huquq.az türkiyə mətbuatına istinadən xəbər verir ki, alovlara Kayseri Böyükşəhər Bələdiyyəsi və Kayseri Mütəşəkkil Sənaye Bölgəsinə məxsus yanğınsöndürmə briqadaları müdaxilə edir.

Söndürmə işlərinə, eləcə də müxtəlif dövlət qurumlarına və təşkilatlara məxsus su daşıyan texnikalar da cəlb olunub.

Yanğın fabrikin həyətindəki tullantı materialların toplandığı sahədə və üç anbarda davam edir. Alovun geniş sahəyə yayılması təhlükəsi səbəbilə əraziyə əlavə qüvvələr cəlb olunub.

Yanğının söndürülməsi zamanı iki yanğınsöndürən və fabrikin bir əməkdaşı xəsarət alarıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər