Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı 2 min 205-ə çatdı


  • 15:25

Avqustun 31-də gecə saatlarında Əfqanıstanın şərqində yerləşən Kunar vilayətində baş vermiş 6 bal gücündə zəlzələdə həyatını itirənlərin sayı 2 min 205 nəfərə yüksəlib.

E-huquq.az "Tolo News"a istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın müvəqqəti hökumətinin sözçü müavini Hamdullah Fitrət məlumat verib.

Onun sözlərinə görə, zəlzələdə yaralananların sayı isə 3 min 640 nəfərə çatıb.

Ən çox ziyan çəkən ərazilər sırasında Kunar vilayətinin Nur Gül, Savki, Çapa Dara və Manogi bölgələri qeyd olunur.

Hazırda həmin ərazilərdə axtarış-xilasetmə işləri davam etdirilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər